Qışda istirahət harada daha sərfəlidir? - QİYMƏTLƏR

İQTİSADİYYAT
10:02 / 16.01.2026
49

Artıq qış mövsümü başlayıb və bunun fonunda qış turizmi də aktuallaşıb. Vətəndaşların bir qismi istirahət üçün dağ rayonlarını seçir, digərləri isə xarici ölkələrə üz tuturlar. Amma hər şeydən öncə hər kəsi qiymətlər maraqlandırır.

İstirahətə hazırlaşan vətəndaşlar qiymətlər barədə müxtəlif fikirlər səsləndiriblər:

"Qışda ölkə xaricində dincəlməyə üstünlük verirəm. Qiymətlər bizdə yüksək olduğu üçün".

"Uludağa və Boluya getmişik. Təxminən 1 500 dollar xərcimiz çıxdı. Ölkə daxilində istirahət etmək daha çox sərf edir".

Ekspertlər isə bildirirlər ki, vətəndaşların çoxu qış istirahətini ölkə xaricində, xüsusilə, Türkiyə və Gürcüstanda keçirməyə üstünlük verirlər. Bu isə orada qiymətlərin daha sərfəli olması ilə bağlıdır.

Turizm eksperti Ceyhun Aşurov mövzunu belə şərh edib:

"Azərbaycanda istirahətin qiymətləri ilə müqayisədə hətta təyyarə bileti də daxil xaricdə daha sərfəlidir. 1 000 dollar ətrafında ölkə xaricində istirahət etmək mümkündür".

0