Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO

İQTİSADİYYAT
18:56 / 17.01.2026
50

Son günlər ölkədə sənədsiz evlərlə bağlı müzakirələr yenidən gündəmdədir. Minlərlə ailənin illərdir yaşadığı, lakin hüquqi statusu olmayan evlərin taleyi cəmiyyətdə ciddi suallar doğurur: çıxarış almaq mümkündürmü, kimlər bu prosesdən yararlana biləcək, sənədləşmə hansı şərtlərlə aparılacaq?

Eyni zamanda kirayə bazarında gözlənilən sərtləşmələr, qeyri-rəsmi icarəyə qarşı nəzarət mexanizmləri, ev qiymətlərinin 2026-cı ildə hansı istiqamətdə dəyişəcəyi ilə bağlı proqnozlar da vətəndaşları düşündürən əsas məsələlərdəndir.

Digər tərəfdən, illərdir sakinlərin narazılığına səbəb olan “komendant pulu” mövzusu yenidən müzakirə masasına çıxarılıb. MTK-ların topladığı və təyinatı üzrə xərclənmədiyi iddia olunan vəsaitlər, liftlərin, işıqlandırmanın dayandırılması və yaranan sosial narazılıq bu məsələnin artıq hüquqi həll tələb etdiyini göstərir.

Bu və digər suallara "TV Müsavat"ın efirində əmlak məsələləri üzrə ekspert Elnur Azadov cavablandırıb.


 

0