Vüsal Aslanov departament rəhbərini işdən çıxardı - Yeni təyinat

İQTİSADİYYAT
10:50 / 21.01.2026
87

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub.

Bu barədə QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. QSC sədrinin digər əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub.
 

0