İran Milli Bankının Bakı filialı nə üçün vergidən yayınır?

İQTİSADİYYAT
15:45 / 21.01.2026
49

İran Milli Bankının Bakı filialı gündəm olub.

Belə ki, filialın vergi borcu yaranıb. Məlumata görə, bankın hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 59 318.26 manat vergi borcu mövcuddur. Maraqlıdır ki, bu bank artıq neçə ildir ili zərərli başa vurur. 

Görəsən, buna səbəb nədir?

390172

Mövzu ilə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlama verib. O deyib ki, İran Milli Bankının Bakı filialı zərərlə işləyir:

"Bunu baxmayaraq, Mərkəzi Bankın müvafiq tələblərinə əməl edir. Bankın nə səbəbdən də vergini ödəməməsi bəlli deyil. Lakin bu bank üçün 59 min 318.26 manat heç də böyük məbləğ deyil. Düşünürəm ki, bu pulu çox rahat şəkildə ödəyə bilərlər. Ancaq ödəmir və bankın vergi borcu yaranıb".

Sevinc

0