Məcburi köçkün evlərində yarım milyonluq təmir

İQTİSADİYYAT
21:16 / 21.01.2026
44

Şəki şəhəri, Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evləri və mənzillər təmir ediləcək.

Hit.az xəbər verir ki, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti bununla bağlı tender elan edib. 
Tender fevralın 11-dək davam edəcək. 

Təmir işlərinin 484 392,91 manata başa gələcəyi proqnozlaşdırılır. 

Abbas 
 

0