Dövlət qurumunun 8 milyonluq tenderi ləğv edildi

İQTİSADİYYAT
20:37 / 27.01.2026
53

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin tenderi baş tutmayıb. 

Hit.az xəbər verir ki, qurumun 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov 40 ünvanında yerləşən inzibati binasında təmir və yenidənqurma işlərinin alınması üçün keçirilən tenderin ləğvi müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır. 

Bu tender üzrə satınalma predmetinin 8 938 796 manata başa gələcəyi proqnozlaşdırılırdı. 

Abbas 

0