Dünya ölkələrinin dollar əvəzinə, qızıla yatırım etməsi və qlobal bazarlardakı qeyri-sabitlik sözügedən qiymətli metalı dəyərli aktivə çevirib.
Əslində, qızılın torpaqdan sonra ən dəyərli aktiv hesab edildiyi də danılmaz faktdır. Bəlkə də buna görə vəsaitlərin qızılla saxlanılması dünya ölkələrində geniş yayılıb.
İqtisadçı ekspert Pərviz Heydərov Hit.az-a şərhində deyib ki, qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklər investorlaru çaşqınlığa salıb:

"Eyni zamanda, dövlətlər də öz maliyyə ehtiyatlarında qızıla üstünlük vermək məcburiyyətində qalıblar. Təkcə bizim hökumət makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi, 2025-ci ildə 6 milyard 259.7 milyon ABŞ dolları həcmində qızıl idxal edib. Yəni, nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, dünya iqtisadiyyatının aparıcı ölkələri arasında ticarət anlaşılmazlıqlarında sabitlik yaranmır, enerji resurslarının alqı-satqısı və çatdırılmasıyla bağlı problemlər yaşanırsa, onda qızıla tələbat yüksək olaraq qalacaq".
Günel


