Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə yeni təyinat olub.
HİT.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar ayından etibarən Tural Feyzullayev AMB-yə baş direktor təyin edilib.
Qeyd edək ki, T.Feyzullayev 2022-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində çalışıb.


