“Evertaste” şirkətinin rəhbərinin ölkədən çıxışına “stop” qoyulub.
Hit.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova bununla bağlı qətnamə çıxarıb.
İş materiallarından məlum olur ki, “Evertaste” şirkətinin 29 617,64 manat borcu olub. Borc ödənilmədiyindən Dövlət Vergi Xidməti 9 Saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib.
Qurum ərizəsində borc ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasını istəyib. Məhkəmə də ərizəni təmin edib.
“Eevertaste” MMC 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Talıbov Şəhriyar Nazim oğludur.
Şirkətin hazırda 90,3 manat vergi borcu var.
Abbas


