Azərbaycan nefti niyə ucuzlaşdı?

İQTİSADİYYAT
11:51 / 03.02.2026
124

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti ucuzlaşıb.

Belə ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,63 ABŞ dolları və ya 4,95 % azalaraq 69,72 ABŞ dolları təşkil edib. Yəni neftimizin dəyəri 70 dollardan aşağı enib.

Maraqlıdır, "Azeri Light" markalı Azərbaycan neftinin qiymətinin aşağı düşməsi problem yarada bilər?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban Hit.az-a şərhində bildirib ki, neft qiymətlərinin gündəlik dəyişməsi bazar üçün normal haldır: 

391032

"Azərbaycan gündəlik təqribən 480 min barel neft ixrac edir. Yəni bu cəhətdən hesablamaq olduqca sadəcir. Neftin qiymətinin artması və azalması zamanı nə qədər əlavə qazanc əldə etdiyimizi və ya əvvəlki günə nisbətən daha az qazandığımızı hesablaya bilərik. Ümumilikdə isə neft qiymətlərinin belə cüzi dəyişməsi problem deyil".

Günel

0