Mərkəzi Bank uçot dərəcəsini azaltdı: Kredit faizləri də AZALACAQ?

İQTİSADİYYAT
16:06 / 04.02.2026
125

Azərbaycan Mərkəzi Bankı bu gün uçot faiz dərəcəsi ilə bağlı qərar verib. 

İdarə Heyətinin qərarına əsasən, faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.

Maraqlıdır, Mərkəzi Bank nə üçün uçot dərəcəsini azaltdı? Bunun kredit faizlərinə təsiri ola bilər?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasınsa deyib ki, hazırkı şəraitdə uçot dərəcəsinin dəyişməsinin iqtisadiyyata elə də təsiri olmur: 

391195

"Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditlər üzrə tətbiq etdiyi faiz dərəcəsidir. İqtisadi nəzəriyyəyə əsasən, Mərkəzi Bankın uçot dərəcəsini endirməsi inflyasiya riskinin aşağı olduğunu və iqtisadi aktivliyin stimullaşdırılmasının hədəfləndiyinin göstəricisidir. Belə olan halda artıq banklar da daha aşağı faizlə kredit verməlidir".

Lakin ekspert qeyd edib ki, bu mexanizm Azərbaycanda üçün real deyil:

"Çünki bankların əsas maliyyə mənbəyi Mərkəzi Bankın kreditləri deyil, vətəndaşların əmanətləridir. Hazırda milli valyuta ilə yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsi 12 faizdir. Ona görə də Mərkəzi Bankın uçot dərəcəsini azaltması real sektor və iqtisadiyyatın digər sahələrində ciddi bir təsir yaratmır".

Günel

0