"Bitcoin"in ucuzlaşmasında ABŞ amili

İQTİSADİYYAT
19:58 / 06.02.2026
68

"Bitcoin" dəyər itirməkdə davam edir.

Artıq sözügedən kriptovalyutanın dəyəri 64 min dollardan da aşağı düşdü. Bu isə 15 oktyabr 2024-cü ildən bəri ən aşağı göstəricidir. 

Bəs "Bitcoin"in bu qədər ucuzlaşması nə ilə bağlıdır?

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, "Bitcoin"in qiyməti mütamadi olaraq dəyişir: 

391392

"Lakin bu, yalnız qlobal maliyyə bazarında baş verən dəyişiklik deyil, həm də dünya siyasətində qeydə alınan təsirlərin nəticəsidir. Üstəlik, maliyyə sektorunda da azalmalar qeydə alınır. Bəzi hallarda bu azalmalar uzunmüddətli dövr deyil, qısamüddətli zaman üçün baş verir. Əslində, kriptovalyuta bazarında dəyişiklik bu sahənin fəlsəfəsinə uyğundur. Yəni bəzi hallarda "Bitcoin"in qiyməti düşür, bəzi hallarda isə yüksəlir. Bu da normaldır".

Millət vəkili hesab edir ki, qarşıdakı müddətdə sözügedən kriptovalyutanın dəyəri qlobal geosiyasi vəziyyədən asılı olacaq:

"Faktiki olaraq, ABŞ-nin qərarları "Bitcoin"in qiymətinə təsir edir. Gələcək perspektivdə də Vaşinqtonda qəbul edilən qərarlar onun qiymətinə birbaşa təsiri edəcək".

Günel

0