“Aqrarkredit”ə məxsus qeyri-yaşayış binası 3,6 milyona satıldı

İQTİSADİYYAT
23:32 / 06.02.2026
41

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus qeyri-yaşayış binası hərracda satılıb. 

Hit.az xəbər verir ki,  Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən və ümumi sahəsi 9 201,90 kv.metr olan binanın yekun qiyməti 3 600 000 manat olub. 

Hərrac fevralın 4-də keçirilib. 

Abbas 

0