“Fino”dan “Apple” qazanmaq şansı!” lotereyasının ikinci tirajı keçirilib

İQTİSADİYYAT
12:15 / 09.02.2026
46

“Grandmart”, “Bolmart” və “Megastore” və “Rahat”  supermarketlərində “Fino”dan “Apple” qazanmaq şansı!” adlı stimullaşdırıcı tirajlı lotereyanın ikinci tirajının qalibləri müəyyən olub. Qaliblər onlayn püşk çarxı proqramı vasitəsilə “Fino” məhsullarının Azərbaycandakı distributoru “Ayman” MMC-nin ofisində seçilib.

“Rahat” marketlər şəbəkəsindən bir nəfər 2022000040580 nömrəli “Rahat” kart sahibi, “Grandmart”, “Bolmart” və “Megastore”  marketlər şəbəsindən isə iki nəfər 52014310678 və 52024551245 kodlu “Ozio” kart sahibləri qalib olublar.

Lotereyanın şərtlərinə görə 25 noyabr – 15 fevral tarixlərində “Rahat”, “Grandmart”, “Bolmart” və “Megastore” rəqəmsal və ya fiziki kartına sahib olan və “Fino” məhsulları alan 18 yaşına çatmış şəxslər iştirak edə bilərlər. Hər 10 AZN-lik “Fino” markalı məhsul alan, qeyd olunan supermarketlərdən müştəri kartı olan şəxslər lotereyada 1 (bir) iştirak şansı əldə edib. 19 yanvar – 15 fevral tarixlərində isə hər 2 manatlıq “Fino” məhsulları alınması lotereyada iştirak üçün 1 şans qazandırır.

Qalib şəxslərlə lotereyanın təşkilatçısı “Viva Communications”  əlaqə saxlayaraq, 90 iş günü ərzində hədiyyələri “Ayman” MMC-dən götürmələrini təmin edəcək.

391532

0