Maşın bazarında son vəziyyət: Qiymətlər yenə qalxacaq?

İQTİSADİYYAT
18:59 / 10.02.2026
143

Məlum olduğu kimi, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb. 

Bu dəyişiklik ölkədə ekoloji nəqliyyat vasitələrinin qiymətinə və satış dinamikasına təsir göstərə, həmçinin avtomobil bazarında yeni qiymət artımlarına səbəb ola bilər.

Maraqlıdır, avtomobillərlə bağlı 1 yanvarda qüvvəyə minən yeni qərarlardan sonra maşın bazarında qiymətlər necə dəyişib?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, xaricdən idxal olunan hibrid və elektrik avtomobillərlə bağlı dövlət bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün müəyyən addımlar atdı: 

391646

"Ölkəyə idxal olunan hibrid avtomobillərin vergidən azad edilməsi, müəyyən güzəştlərin tətbiq olunması istər-istəməz bazarda qiymətə təsir edirdi. Lakin bu güzəştlər ləğv olunandan sonra da qiymət artımına gedilib. Hazırda maşın bazarında qiymətlər bahadır. Üstəlik, bu bahalaşma daha da artacaq kimi görünür. Nəzərə almaq lazımdır ki, avtomobil qiymətlərin təyin olunmasında bazar proseduru yox, xüsusi şəxslər vasitəsilə müəyyən rol oynayır”.

Günel

0