"MİDA" MMC-nin 2,3 milyonluq tenderi baş tutmadı

İQTİSADİYYAT
22:56 / 11.02.2026
40

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin tenderi ləğv edilib. 

Hit.az xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 2 mərtəbəli 80 yerlik uşaq bağçasının tikintisi üçün elan edilən tenderin hansı səbəbdən ləğv olunması haqqında açıq mənbələrdə məlumat yoxdur. 

Bu tender üzrə satınalma predmetinin 2 390 218,90 manata başa gələcəyi proqnozlaşdırılırdı. 

Abbas 
 

0