"A.İ.M Trade" MMC-nin rəhbərinə borca görə "stop" qoyuldu

İQTİSADİYYAT
22:34 / 12.02.2026
38

"A.İ.M. Trade” MMC-nin rəhbərinə "stop" qoyulub. 

Hit.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə çıxarıb. 

İş materiallarından məlum olur ki, "A.İ.M. Trade" MMC-nin dövlət büdcəsinə borcu olub. Borc ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək borc ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışının məhdudlaşıdırılmasını xahiş edib. 

"A.İ.M. Trade" MMC 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Səfərli Samir Aydın oğludur. 

Şirkətin hazırda 3440,8 manat borcu var. 

Abbas  
 

0