Ədliyyə Nazirliyi fiziki şəxs Muradov Azad Əzim oğlu ilə satınalma müqaviləsi imzalayıb.
HİT.az xəbər verir ki, müqavilədə Göyçay rayon ədliyyə idarəsi və Göyçay rayon icra və probasiya şöbəsi üçün Göyçay şəhəri, H.Əliyev pr.30 ünvanında yerləşən, ümumi sahəsi 750,1 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətləri satın alınması nəzərdə tutulur.
Buna görə Azad Muradova 69 600 manat ödəniləcək.
Azad Muradov "ATF" MMC-nin təsisçilərindən biridir. Məlumat üçün deyək ki, bu şirkətin təsisçiləri Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarıdır.
"ATF" MMC mediada "tender kralı" kimi tanınır. Şirkətin himayədarı kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin keçmiş sədri Saleh Məmmədovun adı çəkilir.
Abbas


