Dollar ucuzlaşır: Manata təsiri olacaq?

İQTİSADİYYAT
12:37 / 13.02.2026
96

Son zamanlarda ABŞ dollarının digər əsas valyutalara nisbətdə ucuzlaşdığı müşahidə olunur. 

Qlobal bazarlarda baş verən bu dəyişikliklərin Azərbaycan manatına təsir edib-etməmə ehtimalı isə ölkəmizdə müzakirələrə səbəb olub. 

Maraqlıdır, bu hal manata necə təsir edir və ya edə bilər?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a şərhində bildirib ki, Azərbaycan manatı dollara bağlıdır: 

391907

"Yəni dünya bazarında dolların qiyməti bahalaşanda manatın da dəyəri digər valyutalara nisbətən yüksəlir. Dollar ucuzlaşanda isə manatın məzənnəsi aşağı düşür. Son zamanlarda dollar ucuzlaşır. Bu isə o deməkdir ki, manat da digər valyutalara, xüsusən avroya nisbətən ucuzlaşacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan bəzi malları Avropadan idxal edir. Deməli, həmin malların ölkəmizə idxalı bahalaşacaq".

Günel

0