"VİP Electronics Co." MMC-nin rəhbərinə "stop" qoyulub.
Hit.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə çıxarıb.
İş materiallarından məlum olur ki, şirkətin dövlət büdcəsinə borcu olub. Borc vaxtında ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə verərək borc ödənilənədək şirkət rəhbərinə stop qoyulmasını istəyib.
Məhkəmə də ərizəni təmin edib.
Abbas


