"Agora Bakü" MMC-nin xeyli miqdarda borcu var

İQTİSADİYYAT
18:59 / 13.02.2026
41

"Agora Bakü" MMC-nin xeyli miqdarda vergi borcu yaranıb. 

Hit.az xəbər verir ki, hazırda vergi sistemində şirkətin 66 218,04 manat borcunun olduğu göstərilir. 

"Agora Bakü" MMC-nin rəhbəri Lütfi Ercan Günalpdır. O, tanınmış türk iş adamıdır. O, restoran biznesi ilə məşğuldur. 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.  İş adamının yerli mediaya verdiyi müsahibədən məlum olur ki, o və komandası Bakıda bir çox tanınmış restoran və əyləncə mərkəzlərinin inşasında və fəaliyyətində böyük rolu olub.

Bu sırada “Bakı Əyləncə Mərkəzi”, “Cinema klub” və “İzmir” restoranının adını çəkmək olar.

Abbas 
 

0