Məcburi köçkün evlərində 450 min manatlıq təmir

İQTİSADİYYAT
21:16 / 16.02.2026
48

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri təmir ediləcək. 

Hit.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti bununla bağlı tender elan edib. 

Tender martın 10-dək davam edəcək. 

Satınalma predmetinin 457 999,82 manata başa gələcəyi proqnozlaşdırılır. 

Abbas 

0