Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının tenderi ləğv edilib.
Hit.az xəbər verir ki, stasionar rəqəmsal rentgen cihazının satın alınması üçün elan edilən tenderin ləğv olunması müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır.
Bu tender üzrə satınalma predmetinin 430 490,73 manata başa gələcəyi proqnozlaşdırılırdı.
Abbas


