Hansı məhsullar bahalaşacaq? - AÇIQLAMA

İQTİSADİYYAT
17:17 / 17.02.2026
56

2026-cı ilin əvvəlindən etibarən bəzi məhsulların qiyməti bahalaşıb. Məsələn, son günlərdə bəzi ağartı məhsulları və çay növlərində artımlar var. 

Maraqlıdır, bu bahalaşma dalğası digər məhsullara təsir edə bilər?

Mövzu ilə bağlı REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, bahalaşmanın olması gözlənilirdi: 
"Nəzərə almaq lazımdır ki, Tarif Şurasının qərarı ilə dizel yanacağının qiyməti 10, benzin isə 5 faiz bahalaşıb. Bu isə öz növbəsində daşımaların qiymətinə təsir edir. Daşıma xərcinin artması da istər-istəməz məhsulun qiymətinin üzərinə gəlir. Hansısa rayondan Bakıya məhsulun gətirilməsi üçün nə qədər dizel yanacağı istifadə olunur. Bütün bunlar isə məhsullarda qiymət artımına gətirib çıxarır".

392164

Mütəxəssis sözlərini belə yekunlaşdırıb:

"Növbəti qiyməti artımının kənd təsərrüfatı məhsullarında olacağı ehtimal olunur. Çünki dizel yanacağının ən çox istifadə olunduğu sahə məhz kənd təsərrüfatıdır. Ona görə də bu sahədə qiyməti artımı gözlənilir".

Günel

0