İqtisadiyyat Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
HİT.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya
rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın iqtisadi prioritetləri və bu istiqamətdə həyata keçirilən islahatlar barədə
məlumat verilib.
Ölkənin makroiqtisadi sabitliyi, sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq
enerji, rəqəmsallaşma, vergi, sənaye və digər istiqamətlərdə həyata keçirilən tədbirlər, qabaqcıl
təcrübələrin tətbiqi nəticəsində əldə olunmuş irəliləyişlər qeyd olunub.
Tərəflər əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.



