"MR Kemikal" MMC 3000 manat cərimələndi

İQTİSADİYYAT
21:55 / 19.02.2026
49

"MR Kemikal" MMC inzibati məsuliyyə cəlb edilib. 

Hit.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 275.4-cü (Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi) maddəsi ilə protokol tərtib edib. 

İşə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmə şirkətə 275.4-cü maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək 3000 manat cərimə cəzası təyin edib. 

Abbas 

0