Novruzda ən bahalı otellər hansılar olacaq? - QİYMƏTLƏR

İQTİSADİYYAT
11:48 / 20.02.2026
45

"Novruz bayramında ən bahalı otellər ənənəvi olaraq Qəbələ, Naftalan, Lənkəran və Qarabağ bölgələrində yerləşir".

HİT.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev bildirib.

O əlavə edib ki, bu bölgələrdə resort, spa və premium xidmətlər təqdim edən otellər bayram üçün xüsusi proqramlar hazırlayır:

"Qəbələdə dağ və resort tipli otellərdə 4 ulduzlu otaqların qiymətləri gecəlik 150-200 manat, 5 ulduzlu otaqların qiymətləri isə 200-300 manat arasında dəyişir.

Naftalandakı sağlamlıq və spa mərkəzləri olan otellərdə qiymətlər oxşar səviyyədədir. Burada 4 ulduzlu otellərin qiymətləri 150-200 manat, 5 ulduzlu otellərin qiymətləri isə 200-300 manatdır.

Qarabağ bölgəsində, xüsusən Şuşa və Xankəndidə yerləşən otellərin qiymətləri bir qədər yüksəkdir. 4 ulduzlu otellərdə gecəlik qiymətlər 150-200 manat, 5 ulduzlu otellərdə isə 200-300 manat arasında dəyişir. Qiymətlərin yüksək olmasının səbəbi bölgənin uzaq məsafəsi və otellərdə mövcud sıxlıqdır.

Lənkəranda bir neçə lüks otel də fəaliyyət göstərir. Bu otellərin qiymətləri 200-250 manat və yuxarıdır. Burada təqdim olunan premium xidmətlər və eksklüziv əyləncə proqramları qiymətləri artırır. Bayram günlərində bu otellərdə qiymətlər digər vaxtlarla müqayisədə təxminən 25–30% yüksək olur".

0