İcra hakimiyyətindən keçmiş nazirə 2500 manatlıq sifariş

İQTİSADİYYAT
22:53 / 23.02.2026
49

Pirallahı Rayon İcra Hakimiyyəti "İmprotex Motors" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

Hit.az xəbər verir ki, müqavilə ehtiyat hissələri, sürtkü materialları və cari təmir xidmətlərinin satın alınması ilə bağlıdır. 

Buna görə şirkətə 2 525,76 manat ödəniləcək. 

"İmprotex Motors" şirkəti 1998-ci ildə yaradılıb. Şirkət premium avtomobillərin satışını və servisini həyata keçirir. "İmprotex Motors" MMC keçmiş nazir Füzuli Ələkbərova məxsusdur.

Abbas 

0