Şirkət rəhbərinə borca görə "stop" qoyulub

İQTİSADİYYAT
23:32 / 23.02.2026
47

"Technosolitions" şirkətinin rəhbərinə "stop" qoyulub. 

Hit.az xəbər verir ki, buna səbəb şirkətin dövlət büdcəsinə borcu olmasıdır. 

Borc vaxtında ödənilmədiyinə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək şirkət rəhbərinə "stop" qoyulmasını istəyib. 

Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyeva qurumun ərizəsinin təmin edərək şirkət rəhbərinə "stop" qoyulması barədə qətnamə qəbul edib. 

"Technosolitions" MMC-nin qanuni təmsilçisi Qarayev Emin Vaqif oğludur. Şirkətin hazırda 169 714,62 manat vergi borcu var. 

Abbas 

0