Bakı-Abşeron ərazisində fərdi yaşayış üçün ən ucuz torpaq sahələri hal-hazırda Güzdək qəsəbəsi ərazisindədir.
Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov Modern.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, Zirə və Türkanın bəzi ərazilərində də torpaqlar digər şəhərətrafı kənd və qəsəbələrlə müqayisədə daha ucuzdur:
"Bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar daha ucuzdur. Lakin qeyd etdiyim kimi, son bir il ərzində ən ucuz torpaq sahələri Güzdək ərazisindədir. Hazırda Güzdəkdə bir sot torpağın qiyməti 700-1000 manat aralığında dəyişsə də stabillik yoxdur. Bahalaşma davam edir".
Ekspert əlavə edib ki, Güzdəyin kommunal xidmətlə təchiz edilmiş ərazilərində qiymətlər 1 sot torpaq üçün qiymət 1000-2000 manat aralığındadır. Həmçinin, Atyalı deyilən ərazidə və Müşfiqabad qəsəbəsinin kənar hissələri qiymət baxımından nisbətən ucuzdur.


