Pambıqçılığın inkişafı sahəsində mövcud çağırışlar müzakirə edilib

İQTİSADİYYAT
18:12 / 24.02.2026
59

Azərbaycanda pambıqçılıq sənayesinin inkişafına həsr edilmiş görüşdə bu sahədə çağırışlar və onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Hit.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə "Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı" mövzusunda onlayn görüş keçirilib. 

Görüşdə pambıqçılığın ölkəmiz üçün sənayeləşmə və qeyri-neft-qaz ixracının artırılması baxımından xüsusi əhəmiyyət daşıyan sahə olduğu vurğulanıb. Pambıqçılığın iqtisadi səmərəliliyinin artırılması, regionlarda məşğulluğun təşviqi məqsədilə pambıq istehsalında dəyər zəncirinin dərinləşdirilməsi məsələləri müzakirə olunub. Yeni istehsal güclərinin qurulması, yüksək əlavə dəyər yaradan sənaye məhsullarının istehsalına keçid, mövcud infrastrukturun və bu sahədə çalışan şirkətlərin fəaliyyətinin təkmilləşdirilməsi imkanları qeyd olunub. Pambıqçılığın inkişafı sahəsində mövcud çağırışlar və onların həlli yolları müzakirə edilib.

 

 

0