Nəzarətsiz lombardlar, əziyyət çəkən vətəndaşlar...

İQTİSADİYYAT
13:59 / 25.02.2026
102

Bankdan kredit götürə bilməyən şəxslər çıxış yolunu lombardlarda görürlər.

Ancaq lombardlarla bağlı problemlər uzun illərdir həllini tapmır. Bu problemlərdən biri də lombarda təqdim olunan zinət əşyalarının real bazar dəyərindən xeyli aşağı qiymətləndirilərək girov götürülməsidir. 

Ən böyük problem isə lombard fəaliyyəti ilə məşğul olanların etibarlılıq məsələsidir. Yəni müəyyən müddət sonra girov götürülən əşyalarla birlikdə həmin qurumlar yox olur, vətəndaş girov qoyduğu qızılı geri ala bilmir. 

Bu yaxınlarda Bakıda lombarda qızıl-zinət əşyaları qoyub pul götürən bir qrup sakin aldadıldığını bildirir. Onların içərisində Türkiyə vətəndaşları da var. Qeyd edək ki, bu kimi şikayətlərin və narazılıqların sayı artmağa davam edir...

Real Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, lombardlarla bağlı xüsusi qanun layihəsi var:

392829

"Qanun layihəsində fərdi müqavilələrin bağlanması ilə bağlı müəyyən problemlər, boşluqlar mövcuddur. Nəzərə almaq lazımdır ki, həmin müqavilələr zəif hüquqi dildə yazılır və çox zaman vətəndaşın əleyhinə olur. Bu səbəbdən də lombardlarla bağlı məsələlər həllini tapmır. Bu sahədə çox sayda çatışmazlıqlar olsa da, təlabat zaman keçdikcə artır”.

Günel

0