Quru sərhədləri: "Açılması müzakirə predmeti ola bilər"

İQTİSADİYYAT
13:19 / 27.02.2026
172

Koronavirus pandemiyasının ilk günlərindən etibarən ölkənin quru sərhədləri bağlıdır.

Karantin rejimində virusla bağlı bəzi məhdudiyyətlər zaman-zaman aradan qaldırılıb, ancaq quru sərhədlərlə bağlı verilən qərar dəyişməyib. Çünki sərhədlərin bağlı qalma səbəblərindən biri də ölkənin milli təhlükəsizliyinin qorunması və mümkün risklərin qarşısının almaqdır.

Bəs quru sərhədləri nə zaman açıla bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, quru sərhədlərin açılması ilə bağlı qərar Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən qəbul edilir:

393148

"Bu istiqamətdə qərarlar Azərbaycan hökuməti tərəfindən verilir. Regionda geosiyasi vəziyyət və mövcud çağırışlar, habelə regional təhdidlər kifayət qədər yüksəkdir. Ona görə də quru sərhədlərin açılması strateji məsələlər sırasında yer alır və bu sahədə kompleks yanaşmanın tətbiqi daha məqsədəuyğundur”.

Millət vəkili hesab edir ki, mövcud çağırışlar azaldığı təqdirdə məsələyə mərhələli şəkildə yenidən baxmaq olar: 

“Hesab edirəm ki, ilkin mərhələdə Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin açılmasının müzakirə predmeti olması mümkündür. Lakin belə bir addım sadəcə ümumi vəziyyətin qiymətləndirilməsi əsasında atıla bilər".

Günel

0