Azərbaycanda iş saatları dəyişdirilir?

İQTİSADİYYAT
16:52 / 27.02.2026
128

Mövcud əmək sistemində dəyişiklik ehtimalı yenidən gündəmə gəlib.  

Belə ki, iş vaxtının optimallaşdırılması və məsafədən fəaliyyət modelinin genişləndirilməsi məsələsi növbəti dəfə diqqət mərkəzindədir. Son günlər bununla bağlı müzakirələr gedir.

Maraqlıdır, iş saatlarının dəyişdirilməsi məhsuldarlığa və əmək bazarına necə təsir edəcək? Ümumiyyətlə, Azərbaycanda iş saatları azaldıla bilərmi? 

İqtisadçı ekspert, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda iş saatlarının azaldılması və dəyişdirilməsi məsələsi mütəmadi olaraq müzakirə edilir:

393204

"Artıq bəzi Qərbi Avropa ölkələrində bu mexanizm tətbiq olunur. Hətta çox zaman müsbət nəticələr verib. Lakin nəzərə almaq lazımdır ki, əmək bazarı da bu dəyişikliklərə hazır olmalıdır. Hazırda Azərbaycan qanunvericiliyində iş saatlarının dəyişdirilməsi ilə bağlı konkret müddəa nəzərdə tutulmayıb. Aktiv əmək qabiliyyətli əhalinin təxminən 50-55 faizi dövlət qurumlarında və ya dövlətdən maliyyələşən təşkilatlarda çalışır".

Onun sözlərinə görə, iş saatlarının dəyişdirilməsi həm müsbət, həm də mənfi nəticələr doğura bilər:

"Müsbət tərəfi ondan ibarətdir ki, iş vaxtının azaldılması əməkdaşların məhsuldarlığına və sosial rifahına müsbət təsir göstərə bilər. Lakin mənfi tərəflər də istisna edilmir. Çünki mövcud əmək bazarı şərtlərində iş saatlarının azaldılması xidmətlərin əlçatanlığına təsir edə bilər və vətəndaşlar dövlət qurumlarından fasiləsiz xidmət gözləyirlər".

Ekspert hesab edir ki, distant və ya çevik iş rejiminə keçid üçün ilk növbədə əmək bazarının özü institusional və texniki baxımdan hazır olmalıdır.

Günel

0