Zar kəndinin su təchizatı ilə bağlı 7,1 milyonluq tenderi ləğv edildi

İQTİSADİYYAT
21:00 / 03.03.2026
44

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin elan etdiyi tender baş tutmayıb. 


Hit.az xəbər verir ki, Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi üçün elan edilən tenderin ləğv olunmasının səbəbi müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır.


Bu tender üzrə satınalma predmetinin 7 181 133,08 manata başa gələcəyi proqnozlaşdırılırdı. 


Abbas 

0