Alman şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İQTİSADİYYAT
18:45 / 05.03.2026
56

Alman iş adamları ilə dayanıqlı sənaye, enerji səmərəliliyi və innovativ maliyyə mexanizmləri sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Anar Axundov Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Nargis Viyekin rəhbərlik etdiyi alman iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüş çərçivəsində bərpa olunan enerji mənbələri, dayanıqlı sənaye, enerji səmərəliliyi, sənayenin dekarbonizasiyası, hidrogen texnologiyaları və innovativ maliyyə mexanizmləri sahələrində əməkdaşlıq imkanlarının ətrafında müzakirələr aparılıb.

Tərəflər Almaniya iş adamlarının ölkəmizə investisiya imkanlarının araşdırılması və institusional əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
 

0