Kreditlə bağlı mühüm açıqlama: “Məhdudiyyətlər tətbiq oluna bilər”

İQTİSADİYYAT
13:09 / 06.03.2026
230

Ölkəmizdə problemli kreditlərin həcmi artmaqda davam edir.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari ildə fevralın 1-də vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manata yüksəlib. Bu isə ötən ilin yanvarın 1-i ilə müqayisədə 6,3 faiz çoxdur. Üstəlik, son bir il ərzində ölkədə problemli kreditlərdə artımı 17,35 faizə qədər yüksəlib.

Belə olan halda sual yaranır: bu artımın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, problemki kreditlərin həcmi artmağa davam edəcək: 

393777

“İlk növbədə bunun qarşısını almaq üçün banklar daha ehtiyatlı davranmalıdır. Yəni banklar kredit verərkən daha az seçici olmalıdır. Problemin aradan qaldırılması üçün yalnız normal gəliri olan şəxsə kredit verilməlidir. Vaxtı keçmiş kreditlərin həcminin artmasının digər səbəbi isə əhalinin gəlirinin azalması, xərclərin artmasıdır. Belə şəraitdə də banklar yalnız ən etibarlı müştərilərinə kredit verməlidir”.

Mütəxəssisin sözlərinə görə, kredit verilişinin azalması banklara da təsir edəcək:

“Çünki avtomatik olaraq onların da gəliri azalacaq. Hesab edirəm ki, bu problemin həlli üçün kredit verilişində müəyyən məhdudiyyətlər tətbiq olmalıdır. Lakin uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının inkişafı üçün də müəyyən işlərin görülməsi labüddür. Məsələn, yeni açılan iş yerlərinin sayı çoxalmalıdır ki, insanların gəliri artsın. Bundan başqa, sistemli islahatlar da həyata keçirilə bilər”.

Günel Cəlilova

0