Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun tenderi baş tutmayıb.
Hit.az xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sel sularından mühafizə tədbirləri, drenaj şəbəkəsi, istinad divarları, körpülər, yağış kanalizasiya şəbəkəsinin tikintisi üçün elan edilən tenderin hansı səbəbdən ləğv olunduğu məlum deyil. Bu barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Bu tender üzrə satınalma predmetinin 7 149 177,50 manata başa gələcəyi proqnozlaşdırılırdı.
Abbas


