Bələdiyyə sədri kənd sakinlərinin ağac əkməsinə icazə vermədi - VİDEO

İQTİSADİYYAT
18:33 / 08.03.2026
135

Sakinlər yol kənarında ağac əkmək istəyir, bələdiyyə isə buna icazə vermir.

Şəkinin Kiçik Dəhnə kəndinin sakinləri iddia edirlər ki, təşəbbüs qaldıraraq magistral yoldan kəndə gələn yolun bir hissəsində yaşıllaşdırma işlərinə başlayıblar.

Kənd sakini Qabil Nurəliyev bildirib ki, sakinlər bir araya gələrək yolun təxminən 3 kilometrlik hissəsinin kənarlarında işıq dirəkləri quraşdırıb, ağaclar əkiblər. Onun sözlərinə görə, qalan 3 kilometrlik hissədə isə bələdiyyə sədri ağac əkilməsinə icazə vermir.

Sakinlər bildirirlər ki, yaşıllaşdırma işləri üçün lazım olan vəsait də elə kənd sakinlərinin dəstəyi ilə toplanıb.

Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri əlvida Cəlalov isə məsələnin tamamilə fərqli olduğunu bildirib. Onun sözlərinə görə, həmin ərazi ağac əkilməsi üçün uyğun deyil.

O da qeyd edilib ki,  vətəndaşlar Əgər ağac əkmək istəyirlərsə yamacda sürüşmənin qarşısını ala biləcək yerlərə əksinlər. //Xəzər TV

0