Kredit kartlarına ehtiyac qalmayıb?

İQTİSADİYYAT
11:48 / 10.03.2026
133

Son dövrlərdə Azərbaycanda kredit kartlarının əldə edilməsi xeyli çətinləşib.

Buna əsas səbəb kimi bankların kredit siyasətini sərtləşdirməsi və risklərin daha diqqətlə qiymətləndirilməsi nəticəsində kredit kartlarının sayının azalmağa başlaması göstərilir. Üstəlik, bu hal statistik göstəricilər də özünü biruzə verir. 

Artıq ölkədə kredit kartları üzrə göstərici 7,6 faiz azalıb. Yəni vətəndaşlar daha çox debet kartlarına üstünlük verir, kredit kartlarına çıxış isə əvvəlki illərlə müqayisədə olduqca məhdudlaşıb. 

Maraqlıdır, kredit kartlarının sayının azalmasına təsir edən faktorlar nədir? 

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, kredit kartlarının azalmasının birinci səbəbi kredit verilişinin azalmasıdır:

394041

"Artıq banklar risklərdən qorunmaq üçün vətəndaşlara daha az kredit verirlər. Nəzərə almaq lazımdır ki, kart sadəcə kreditdən istifadə üçün alətdir. Kredit verilişinin çox olması isə öz növbəsində problemli kreditlərinin artması deməkdir. Vaxtı keçmiş kreditlərin həcminin çox olması əhalinin gəlirlərinin aşağı olması ilə bağlıdır".

Günel Cəlilova

0