“Ayla BG” şirkətinin rəhbəri borca görə məhkəməyə verilib.
Hit.az xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir.
İş materiallarından məlum olur ki, şirkətin dövlət büdcəsinə 73 126,29 manat borcu olub. Borc vaxtında ödənilmədiyindən qurum şirkət rəhbərinə “stop” qoyulmasını xahiş edib.
İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Fərid Hətəmzadə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsini təmin edib.
Abbas


