"Fino"dan "Apple" qazanmaq şansı!" lotereyasının final tirajı keçirilib

İQTİSADİYYAT
11:08 / 11.03.2026
43

“Grandmart”, “Bolmart” və “Megastore” və “Rahat”  supermarketlərində keçirilən “Fino”dan “Apple” qazanmaq şansı!” adlı stimullaşdırıcı tirajlı lotereyanın final tirajının qalibləri müəyyən olub. Qaliblər onlayn püşk çarxı proqramı vasitəsilə “Fino” məhsullarının Azərbaycandakı distributoru “Ayman” MMC-nin ofisində seçilib.

“Rahat” marketlər şəbəkəsindən bir nəfər: 2022000325836 nömrəli “Rahat” kart sahibi, “Grandmart”, “Bolmart” və “Megastore”  marketlər şəbəsindən isə iki nəfər: 52016723574 və 52006810950 kodlu “Ozio” kart sahibləri qalib olublar.

Lotereyanın şərtlərinə görə 25 noyabr – 15 fevral tarixlərində “Rahat”, “Grandmart”, “Bolmart” və “Megastore” rəqəmsal və ya fiziki kartına sahib olan və “Fino” məhsulları alan 18 yaşına çatmış şəxslər iştirak edə bilərlər. Son tiraj dövründə (19 yanvar – 15 fevral) hər 2 AZN-lik “Fino” markalı məhsul alan, qeyd olunan supermarketlərdən müştəri kartı olan şəxslər lotereyada 1 (bir) iştirak şansı əldə edib. 

Qalib şəxslərlə lotereyanın təşkilatçısı “Viva Communications”  əlaqə saxlayaraq, 90 iş günü ərzində hədiyyələri “Ayman” MMC-dən götürmələrini təmin edəcək.

394132

394133

0