“Əsaslı Tikinti və Təchizat” MMC-nin 159 min manatlıq tenderi ləğv edildi

İQTİSADİYYAT
21:57 / 11.03.2026
46

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat”  MMC-nin tenderi baş tutmayıb. 

Hit.az xəbər verir ki, Qazax rayonunda Heydər Əliyev Mərkəzinin cari təmir işlərinin satın alınması üçün elan edilən tenderin ləğv olunması müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır. 

Bu tender üzrə satınalma predmetinin 159 985,58 manata başa gələcəyi proqnozlaşdırılırdı.

Abbas 

0