"Debxar VEN” və "Kedset FMM” şirkətlətinin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırlıb.
Hit.az xəbər verir ki, Gəncə Kommersiya Məhkəməsinin hakimi Xədicə Səfərli bununla bağlı qətnamə qəbul edib.
İş materiallarından məlum olur ki, bu şirkətlərin dövlət büdcəsinə borcu olub. Borc vaxtında ödənilmədiyinə görə "Debxar VEN” və "Kedset FMM” şirkətlətinin rəhbər Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə verilib. Vegri orqanı ərizəsində borc ödənilənədək bu şirkətlərin rəhbərinə stop qoyulmasını xahiş edib.
"Debxar VEN” və "Kedset FMM” şirkətlərinin rəhbəri Məhərrəmzadə Məqsəd Faiq oğludur.
Abbas


