Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti ilə görüş keçirilib

İQTİSADİYYAT
18:50 / 13.03.2026
47

 

İqtisadiyyat Nazirliyində Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti ilə keçirilmiş görüşdə Bankla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Anar Axundov Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyevlə görüşüb.
 
Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə səmərəli əməkdaşlığının iqtisadi inkişafda rolu vurğulanıb. Qeyd olunub ki, biznesin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Bankın Azərbaycanın özəl bankları ilə tərəfdaşlığı sahibkarlığın dəstəklənməsinə və investisiya imkanlarının artırılmasına xidmət edir.
Görüş zamanı Azərbaycanın strateji inkişaf prioritetləri haqqında məlumat verilib, Bankla tərəfdaşlığın genişləndirilməsi potensialı diqqətə çatdırılıb.
Tərəflər Azərbaycanda həyata keçirilən prioritet layihələr, o cümlədən dövlət-özəl tərəfdaşlığı layihələri, sənaye zonaları, kiçik və orta sahibkarlığa dəstək istiqamətində birgə fəaliyyət perspektivləri barədə müzakirə aparıblar.
 
 
 
0