Qızılın qiyməti bu həddi keçəcək – ŞOK RƏQƏM

İQTİSADİYYAT
13:30 / 19.03.2026
139

Son günlər dünya bazarında qızılın qiymətində ucuzlaşma müşahidə olunur.

Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti aşağı düşüb. COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,93 faiz azalıb. Son günlərdə qızılın qiymətinin kəskin artması fonunda belə ucuzlaşma diqqət çəkir.

Maraqlıdır, qızılın qiymətinin ucuzlaşması nə ilə bağlıdır?

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, qızılın qiymətində baş verən dəyişikliklər geosiyasi gərginlik və enerji daşıyıcılarına marağın artması ilə əlaqədardır: 

394911
“Hazırda investorlar daha çox neft və qaz sektoruna yönəlirlər. Ona görə də qızıla qoyulan investisiyaların bir hissəsi həmin sahələrə keçir. Çünki enerji sektoru daha yüksək gəlir vəd edir. Lakin bu vəziyyət müvəqqəti və fraqmentar xarakter daşıyır. Bir müddətdən sonra qızılın qiymətinin yenidən 5 min dolları keçəcəyi istisna edilmir. Mövcud qiymət səviyyəsinin isə müəyyən müddət davam edəcəyi proqnozlaşdırılır”.

Günel Cəlilova

0