Minimum əmək haqqı nə qədər artacaq? – Deputat DANIŞDI

İQTİSADİYYAT
14:15 / 19.03.2026
154

Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən Əmək Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib. 

Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Qeyd edək ki, sonuncu dəfə minimum əməkhaqqı məsələsinə 2025-ci ilin yanvarın 1-də baxılıb və o zaman minimum əməkhaqqı 400 manat müəyyən edilib. 2026-cı ildə minimum əmək haqqı məsələsinə yenidən baxılacağı və bu məbləğin artırılacağı ehtimal olunur.

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən minimum əmək haqqı ildə ən azı bir dəfə artırılmalıdır: 


“Bu dəyişiklik Prezident İlham Əliyevin təşəbbüsü ilə qanunvericiliyə əlavə olunub və artıq bu məsələ hüquqi qaydada tənzimlənir. Bundan sonra minimum əmək haqqının artırılması təsadüfi və ya qeyri-müntəzəm olmayacaq, müəyyən qaydalara uyğun şəkildə həyata keçiriləcək”.

Millət vəkili vurğulayıb ki, dövlət mütəmadi olaraq bu məsələni nəzərdən keçirəcək və iqtisadi vəziyyətə uyğun qərarlar qəbul edəcək:
“Minimum əmək haqqının artırılması əhalinin gəlirlərinin yüksəlməsinə, insanların alıcılıq qabiliyyətinin artmasına və ümumilikdə sosial rifahın yaxşılaşmasına müsbət təsir göstərəcək. Ona görə də bu addım sosial siyasətin vacib istiqamətlərindən biri hesab olunur”.

Günel Cəlilova

0