“Azərişıq”ın 14, 8 milyonluq tenderi ləğv edildi

İQTİSADİYYAT
19:14 / 19.03.2026
57

“Azərişıq” ASC-nin tenderi baş tutmayıb. 

Hit.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan şəhəri Qaraçuq, Babək rayonu Nəzərabad-Dividar, Ordubad rayonu Dəstə, Şahbuz rayonu Kükü və Kəngərli rayonu Təzəkənd-Xıncab kəndləri üzrə komplekt tədbirlərin görülməsi üçün elan edilən tender müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması səbəbi ilə ləğv edilib. 

Bu tender üzrə satınalma predmetinin 14 858 711,59 manata başa gələcəyi proqnozlaşdırılırdı. 

Abbas 

0