“Gilavar” kafesi hərraca çıxarılır

İQTİSADİYYAT
22:36 / 31.03.2026
41

Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin balansında olan kafe hərraca çıxarılacaq.

Hit.az xəbər verir ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 249 ünvanında yerləşən “Gilavar” kafesinin sahəsi 324,8 kv.metrdir. Kafenin start qiyməti 166 300 manatdır. 

Hərrac aprelin 21-də keçiriləcək. 

Abbas 

0