İcra hakimiyyəti "Azpetrol"dan 12 min manatlıq benzin alır

İQTİSADİYYAT
19:19 / 31.03.2026
44

Astara Rayon İcra Hakimiyyəti “Azpetrol LTD” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

Hit.az xəbər verir ki, müqavilədə Astara Rayon İcra Hakimiyyətinin balansında olan minik avtomobilləri üçün Aİ-95 markalı benzinin satın alınması nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 12 595,2 manatdır. 

Abbas 
 

0